Hər şey idman haqqında

"Qarabağ" dünya reytinqində irəlilədi

Bölüm: FUTBOL Tarix: 13.01.18   Çap et   

"Qarabağ" dünya reytinqində irəlilədi
 

Dünyanın ən güclü klublarının reytinq siyahısı yenilənib. "Clubworldranking”in açıqladığı son siyahıda ölkəmizin 4 təmsilçisi var. Premyer Liqamızın lideri "Qarabağ" 1169 xalla planetin 541-ci komandasıdı. Ağdamlılar öncəki siyahı ilə müqayisədə 1 pillə irəliləyib. 368 xalı olan"Keşlə” 781-ci, "Qəbələ” (255 xal) 822-ci yerdədi. "Zirə”nin isə 217 xalı var. "Qartallar" dünyanın 844-cüsüdü. Təmsilçilərimizdən "Keşlə” 2 pillə geriləyibsə, qəbələlilərlə zirəlilər mövqeyində qalıb.

Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. "Real” 17500 xalla 1-ci, "Barselona” 15970 xalla 2-ci, "Atletiko” 13383 xalla 3-cüdü.




FUTBOL : "Qarabağ" dünya reytinqində irəlilədi : Xəbərlər : İdman xəbərləri saytında dərc olunmuş xəbər.
http://www.sportnews.az
Xəbərnin ünvanı:
http://www.sportnews.az/modules/news/article_storyid_69292.html