Hər şey idman haqqında

"Neftçi"nin Antalyadakı sonuncu rəqibi müəyyənləşdi

Bölüm: FUTBOL Tarix: 13.01.18   Çap et   

"Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib. Klubun saytının yaydığı xəbərə görə, komanda yanvarın 30-da Makedoniyanın "Sileks” klubu ilə qarşılaşacaq. Xatırladaq ki, "Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.

Sabah isə "Neftçi” "Keşlə” klubu ilə hazırlıq matçına çıxacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.




FUTBOL : "Neftçi"nin Antalyadakı sonuncu rəqibi müəyyənləşdi : Xəbərlər : İdman xəbərləri saytında dərc olunmuş xəbər.
http://www.sportnews.az
Xəbərnin ünvanı:
http://www.sportnews.az/modules/news/article_storyid_69291.html