Hər şey idman haqqında

Messinin yeni müqaviləsinin detalları açıqlandı

Bölüm: FUTBOL Tarix: 13.01.18   Çap et   

Lionel Messinin “Barselona” ilə yeni müqaviləsinin detalları açıqlanıb.


Argentinalı hücumçu yeni anlaşmaya əsasən, vergilər də daxil olmaqla, illik 104 milyon avro qazanacaq.

 

Əgər o, müqaviləsinin müddəti başa çatana qədər Kataloniya klubunda qalsa, əlavə 70 milyon avro alacaq.

 

Bundan başqa, komanda Çempionlar Liqasının qalibi olacağı təqdirdə, L.Messi 12 milyon avro ilə mükafatlandırılacaq. 30 yaşlı hücumçi mövsüm ərzində matçların ən azı 60 faizində oynasa, 1.9 milyon avro qazanacaq.


Qeyd edək ki, L.Messi "Barsa" ilə müqaviləsinin müddətini 2021-ci ilin iyununa qədər uzadıb.

 

Messinin yeni müqaviləsinin detalları açıqlandı

 

 

 

qol.az




FUTBOL : Messinin yeni müqaviləsinin detalları açıqlandı : Xəbərlər : İdman xəbərləri saytında dərc olunmuş xəbər.
http://www.sportnews.az
Xəbərnin ünvanı:
http://www.sportnews.az/modules/news/article_storyid_69286.html