Hər şey idman haqqında

U-19 ikinci oyununda heç-heçə etdi

Bölüm: FUTBOL Tarix: 11.01.17   Çap et   

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə  həsr olunmuş 29-cu beynəlxalq turnirin oyunları davam edir. U-19  millimiz bu gün ikinci oyununa çıxıb. Komandamız Qazaxıstan millisi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heçə ilə başa çatıb. Bununla da millimiz qrupda ilk xalını əldə edib. Qrupun digər oyununda Slovakiya ilə Litva milliləri qarşılaşacaq. Qeyd edək ki, yığmamız ilk oyunda Litvaya (1:2) bu hesabı ilə məğlub olub.

 
11 yanvar

 

13:00. Azərbaycan - Qazaxıstan - 2:2

Qollar: Kaşken Dinmuxammed, 18, Seidaxmet Yerkebulan, 53 - Rafael Məhərrəmli, 45, Fərid Nəbiyev, 82




FUTBOL : U-19 ikinci oyununda heç-heçə etdi : Xəbərlər : İdman xəbərləri saytında dərc olunmuş xəbər.
http://www.sportnews.az
Xəbərnin ünvanı:
http://www.sportnews.az/modules/news/article_storyid_59480.html