Hər şey idman haqqında

Papen Oserin baş məşqçisi olur

Bölüm: XƏBƏRLƏR Tarix: 11.01.17   Çap et   

Fransa millisinin keçmiş üzvü və 1991-ci il "Qızıl top"un sahibi Jan Pyer Papen yaxın günlərdə Oserin baş məşqçisi təyin ediləcək.

 

Klubun Çindən olan yeni investorları baş məşqçi postunda dünya şöhrətli sima görmək istəyirlər.Məhz bu səbəbdən də 53 yaşlı fransız dəvət edilir. O , həmçinin idman direktoru funksiyasını yerinə yetirəcək.

 

Papenin vəzifəsi komandanı 2-ci liqada saxlamaqdır. Hazırda klub 19-cu pillədə qərarlaşıb və 17-ci yerdən 2 xal geri qalır.

 

Xatırladaq ki, Papen bundan əvvəl Strasbur , Lans və Şatoruda məşqçi kimi çalışıb.

 

Football - Damien Degorre - Jean-Pierre Papin bientôt entraîneur d'Auxerre.  (N. Luttiau/L'Equipe)




XƏBƏRLƏR : Papen Oserin baş məşqçisi olur : Xəbərlər : İdman xəbərləri saytında dərc olunmuş xəbər.
http://www.sportnews.az
Xəbərnin ünvanı:
http://www.sportnews.az/modules/news/article_storyid_59478.html