Hər şey idman haqqında

Pavel Paşayevin "Neftçi"yə keçmə səbəbi müəyyənləşib

Bölüm: FUTBOL Tarix: 11.01.17   Çap et   

Azərbaycan millisinin üzvü Pavel Paşayevin Bakının "Neftçi" klubuna keçidinin səbəbi müəyyənləşib. Ukraynanın "sports.dp.ua" saytı bu addımı 29 yaşlı müdafiəçinin çıxış etdiyi "Stal" klubunun sanksiyaya məruz qalma ehtimalı ilə əlaqələndirib.

Bildirilir ki, klub futbolçunun qeydiyyatında saxtakarlığa yol verib. Müdafiəçi cari mövsümün əvvəlində Ukrayna Peşəkar Liqasında qeydiyyatdan keçirilərkən, ukraynalı legioner kimi göstərilib. Lakin o, Ukrayna pasportunu təqdim edib. Halbuki həmin ərəfədə Paşayev Azərbaycan yığmasında çıxış edib.

Klubun baş direktoru Vardan İsraelyan yerli mətbuata müsahibəsində qanun pozuntusuna görə, sanksiyanın ola biləcəyini inkar etməyib. Bu səbəbdən də "Stal"ın Ukrayna Futbol Federasiyası tərəfindən cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, Ukrayna mətbuatı Pavel Paşayevin "Neftçi" ilə 1.5 illik müqavilə bağlayacağını yazıb.

 

 

 

Futbolçunun çıxış etdyi Stal klubu sanksiyaya məruz qala bilər

"Report"




FUTBOL : Pavel Paşayevin "Neftçi"yə keçmə səbəbi müəyyənləşib : Xəbərlər : İdman xəbərləri saytında dərc olunmuş xəbər.
http://www.sportnews.az
Xəbərnin ünvanı:
http://www.sportnews.az/modules/news/article_storyid_59474.html