VOLEYBOL MƏRKƏZİNİN VƏ AZƏRBAYCAN ÇEMPİONATININ AÇILIŞI OLDU

Sayta qoyulub: 14:24 18.10.2012 (1417 dəfə oxunub)

 

Bu gün 18 oktyabr 2012-ci il tarixində “Azərbaycan Respublikasının Müstəqillik” günündə daha bir möhtəşəm hadisə oldu. Ötən il fevral ayında tikilməyə başlayan “Azəryol Hotel” və “Azərbaycan Respublikası Voleybol Federasiyası Azəryol Voleybol klubu” nun İdman bazası bir sözlə Voleybol Mərkəzi istifadəyə verildi. Dərnəgül şosesi 106 ünvanında yerləşən otel və voleybol mərkəzi, bütün imkanları ilə Avropa standartlarına cavab verir. 60 nəfərlik 31 otaqdan, yeməkxanadan, camaşırxana, kafe və digər yüksək imkanlara malik olan otel idmançıların və qonaqların rahatlığı üçün avropa standartlarına cavab verir. Voleybol mərkəzində isə 2000 nəfərlik  idman zalı, 50 nəfərlik (sinxron tərcüməsi olan)konfrans zalı, yüksək avadanlıqlarla təchiz olunmuş həkim otaqları, sauna, trinajor və işçilər üçün iş otaqları. Qeyd edək ki, idman zalı Avropa Voleybol Konfederasiyası tərəfindən bəyənilmiş və avropa yarışlarının keçirilməsinə icazə verilmişdir. Bu səbəbdən də Azərreyl, Azəryol Bakı və Lokomotiv klubları Avro kubok yarışlarını məhz bu zalda keçirəcək. Bununla bərabər Azərbaycan Çempionatının oyunlarıda Voleybol mərkəzində keçiriləcəkdir.

AVF-nin prezidenti Ziya Məmmədov, Gənclər və İdman Naziri Azad Rəhimov, Cavid Qurbanov, Faiq Qarayev, bütün klub prezidentləri və Federasiyanın rəhbər işçiləri açılışda iştirak etdi.

Voleybol mərkəzinin açılışı ilə birgə bu gün Azərbaycan Çempionatının açılış mərasimi oldu Ziya Məmmədov bütün qonaqları salamladı, Müstəqillik Günü münasibəti ilə idmançıları və qonaqları təbrik etdi. Bütün idmançılara uğurlar arzuladı. Federasiyanın prezidenti bu cür komplekslərin  yenə tikələcəyini və bu Azərbaycan Voleybolunun uğurundan xəbər verdiyi qeyd etdi.

Açılış mərasimindən sonra Azərbaycan Çempionatı ilk dövrənin I turunun oyunları start götürdü ilk olaraq meydançaya Lokomotiv və Telekom Bakı komandaları qarşılaşdı  3-0  hesabı ilə ilk oyunda dəmiryolçular  qalib gəldi. 25-18, 25-17, 25-13.

XƏBƏR LENTİ