Qadın həndbolçularımız Türkiyəyə məğlub oldu

Sayta qoyulub: 08:58 04.10.2012 (694 dəfə oxunub)

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi DÇ-2013-ün seçmə mərhələsində ilk oyununu keçirib. IV qrupda yer alan komandamız Türkiyə yığması ilə görüşüb. Ankarada Türkiyə Həndbol Federasiyasının idman salonunda keçirilən qarşılaşmada yığmamız məğlubiyyətlə barışıb. Matçın ilk hissəsində 7:16 hesabı ilə uduzan yığmamız fasilədən sonra da rəqibindən zəif təsiri bağışlayıb – 19:35.
Qeyd edək ki, qrupumuzda Türkiyə ilə yanaşı, Portuqaliya millisi də yer alıb. 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ