Əfsanəvi futbolçunun oğlu "Neftçi"yə keçə bilər

Sayta qoyulub: 13:47 14.01.2019 (206 dəfə oxunub)

Əfsanəvi futbolçunun oğlu "Neftçi"yə keçə bilər

Əfsanəvi braziliyalı futbolçu Rivaldonun oğlu Rivaldinyo karyerasını Azərbaycanda davam etdirə bilərBolqarıstan mətbuatının yaydığı xəbərə görə, Sofiya “Levski”sinin futbolçusu menecerlər vasitəsilə “Neftçi”yə təklif olunub. Hücum xəttini gücləndirməyi planlaşdıran “ağ-qaralar”ın da 23 yaşlı forvardın xidmətində maraqlı olduğu bildirilir.

Qeyd edək ki, ötən ilin yanvarından “Levski”nin formasını geyinən Rivaldinyo 13 oyunda 1 qol vurub. O, daha əvvəl "Boavişta"( Portuqaliya) və Buxarest "Dinamo"su kimi klublarda da çıxış edib.

XƏBƏR LENTİ