UEFA "Qarabağ"a 622 min avro ödədi

Sayta qoyulub: 13:36 14.01.2019 (100 dəfə oxunub)

UEFA "Qarabağ"a 622 min avro ödədi

UEFA “Qarabağ”a pul ayırıb. AFFA-nın rəsmi saytı xəbər verir ki, Ağdam klubu Avropa Liqasının 2018-19-cu il mövsümünün qrup mərhələsində qazandığı qələbəyə görə (səfərdə “Vorskla”nı 1:0 hesabı ilə məğlub edib) 570,000 avro gəlir əldə edib. Bundan başqa, “Qarabağ” turnirdə qələbələrin sayına əsasən, əlavə 52 min avro əldə edib.

 

Beləliklə, UEFA-dan ayrılmış ümümilikdə 622,000 avro, təxminən 1.2 milyon manat pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

XƏBƏR LENTİ