"Zirə"nin növbəti rəqibləri bəlli oldu

Sayta qoyulub: 12:00 14.01.2019 (44 dəfə oxunub)

"Zirə"nin növbəti rəqibləri bəlli oldu
 

Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama görüşü keçirəcəyi daha 2 rəqibin adı bilinib. Samir Abasovun komandası yanvarın 23-də Ukraynanın “Vorskla”, 26-da isə Makedoniyanın “Şkupi” komandaları ilə qarşılaşacaq. Bundan başqa, ayın 18-də "Zirə"nin rəqibi olmalı olan Rumıniya “Konkordiya”sının təlim-məşq toplanışını təxirə salması səbəbindən həmin gün rəqib bu ölkənin “Voluntari” komandası olacaq. Qeyd edək ki, “Zirə” Antalyada ilk oyununa sabah çıxacaq. Komanda Qazaxıstanın “Taraz” klubu ilə qarşılaşacaq. 

 

XƏBƏR LENTİ