Basketbol federasiyasında qalmaqal: İdmançılar federasiya rəhbərinin istefasını tələb etdi

Sayta qoyulub: 11:45 14.01.2019 (101 dəfə oxunub)

Basketbol federasiyasında qalmaqal: İdmançılar federasiya rəhbərinin istefasını tələb etdi

Basketbol üzrə Azərbaycan çempionatında qalmaqallı hadisə baş verib. Belə ki, 2 gün öncə çempionat çərçivəsində keçirilən oyun baş tutmayıb. Buna səbəb isə basketbolçuların federasiya rəhbərliyinin istefasını tələb etməsidir. “80-lər” və ADNSU komandaları hakimin fitindən sonra arenanı tərk ediblər. Bu barədə məlumatı basketbol millimizin üzvlərindən biri verib. O bildirib ki, Azərbaycan Basketbol Federasiyasının rəhbəri Nəsib Nəsibov postundan getməyənə qədər buna davam edəcəklər. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün federasiya rəhbərliyi basketbolçularla görüşüb. Nəsib Nəsibov problemləri həll etmək üçün idmançılarla razılıq əldə etmək istəyir. İclas hazırda davam edir.
 
Qafqazinfo

XƏBƏR LENTİ