"Neftçi" iki futbolçunu Antalyaya aparmadı

Sayta qoyulub: 10:20 14.01.2019 (76 dəfə oxunub)

"Neftçi" iki futbolçunu Antalyaya aparmadı

 

“Neftçi” bu gün Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verib. Paytaxt klubunun hazırlıq prosesində 24 futbolçu iştirak edir. Komandadan göndərilməsi gündəmdə olan Slavko Braliç və Kvame Karikari düşərgədə deyil.

“Ağ-qaralar”ın Antalya toplanışına qatılan futbolçuların siyahısını təqdim edirik:

 

Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov;

 

Müdafiəçilər: 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov, 95. Rəhman Daşdəmirov.

 

Yarımmüdafiəçilər: 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 17. Rəhman Hacıyev, 20. Elnur Süleymanov, 32. Mirkamil Əliyev, 36. Mamadu Kane, 93. Soni Mustivar;

 

Hücumçular: 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov.

XƏBƏR LENTİ