U-21-in daha bir məşqçisi müəyyənləşdi

Sayta qoyulub: 09:17 14.01.2019 (54 dəfə oxunub)

 

U-21-in daha bir məşqçisi müəyyənləşdi

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviçin köməkçilərindən birinin adına aydınlıq gəlib. Bu, “Sumqayıt”ın əvəzedici komandasını çalışdıran Elbrus Məmmədovdur. Gənc mütəxəssislə bu gün müqavilə imzalanacaq. Elbrus Məmmədov PRO kateqoriyasını Ukraynada alıb və serb çalışdırıcı ilə tanışlığı da ordan başlayıb. Qeyd edək ki, Elbrus Məmmədov məşqçi kimi “Xəzər Lənkəran”ın əsas, əvəzedici komandasında və “Sumqayıt”da çalışıb. 

XƏBƏR LENTİ