Arsenal Özildən qurtulmaq istəyir, Suaresin gəlişi sual altına düşdü

Sayta qoyulub: 08:46 14.01.2019 (194 dəfə oxunub)

Barselonanın yarımmüdafiəçisi Denis Suaresin Arsenala keçidi baş tutmaya bilər.

 

Katalonlar futbolçunu yalnız o şərtlə buraxmağa razıdırlar ki, mövsümün sonunda Arsenal onu tam transfer etsin. Bununla da London klubu razı deyil.

 

Eyni zamanda onu da əlavə edək ki, baş məşqçi Unai Eçeri artıq futbolçunun özü ilə keçidi razılaşdırıb. Xatırladaq ki, Emeri Suareslə Sevilyadan tanıyır.

 

Digər bir xəbərə görə bask mütəxəssis Məsut Özildən qurtulmaq istəyir. Baş məşqçi onun satılmasını rəhbərlikdən tələb edib. Klub rəhbərliyi Özilin satışından əldə ediləcək məbləğlə yanvarın sonuna qədər heyəti gücləndirmək istəyir. Xatırladaq ki, türk futbolçu ötən il Arsenalla müqaviləsini yeniləyib. Buna əsasən onun həftəlik qazancı 350 min funt sterlinqdir. Yarımmüdafiəçinin özü isə icarəyə getmək fikrində deyil. Bu səbəbdən də hazırda Arsenalın transfer siyasəti qeyri-müəyyən olaraq qalır.

XƏBƏR LENTİ