Sulşer De Xeanın oyunu haqda: "Fantastikadır"

Sayta qoyulub: 08:34 14.01.2019 (108 dəfə oxunub)

"Uembli"də qələbə qazanmaq möhtəşəmdir. Komandada Reşford və Marsial kimi cəld, Poqba və Linqard kimi ağıllı futbolçular olanda hücum sürətli alınır".


Bu sözləri "Mançester Yunayted"in baş məşqçsi Ole-Qunnar Sulşer İngiltərə Premyer Liqasının 22-ci turunda səfərdə "Tottenhem"ə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.


Norveçli mütəxəssis möhtəşəm qurtarışları ilə qapısını toxunulmaz saxlayan David de Xeanın oyunu barədə də danışıb: "Bu, fantastikadır. Aydındır ki, qapıçı oyun ərzində 11 qurtaşır edirsə, bu, ən yaxşı göstəricidir. 11 qurtaşından ikisi inanılmaz idi, digər 9-u isə Daviddən gözlənilən idi"

 

 

Sulşer De Xeanın oyunu haqda: "Fantastikadır"

 

 

 

 

qol.az

XƏBƏR LENTİ