Rusiya Futbol İttifaqının prezidenti vəzifəsinə yeganə namizəd irəli sürülüb

Sayta qoyulub: 08:33 14.01.2019 (60 dəfə oxunub)

Rusiya Futbol İttifaqının (RFS) prezidenti vəzifəsinə namizəd qəbulu başa çatıb. 

Vitali Mutkonun gedişindən sonra vakant posta yalnız "Zenit"in Direktorlar Şurasının sədri Aleksandr Dükovun namizədliyi irəli sürülüb. Onu RFS-ə daxil olan müxtəlif regional federasiyalarla yanaşı, Premyer Liqa klubları da dəstəkləyib. Beləliklə, fevralın 22-nə təyin olunmuş seçki alternativsiz keçiriləcək və formal xarakter daşıyacaq. 

Qeyd edək ki, Vitali Mutkonun RFS prezidenti vəzifəsindən istefası dekabrın 19-da açıqlanıb. Hazırda bu vəzifədə müvəqqəti olaraq, Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin çalışır. 

 

 

 

 

 

 

 

Report

XƏBƏR LENTİ