Messinin 400-cü qolu - La Liqada

Sayta qoyulub: 08:33 14.01.2019 (71 dəfə oxunub)

"Barselona"nın hücumçusu Lionel Messinin İspaniya Liqasının 19-cu turunun "Eybar"la oyununda (3:0) vurduğu qol argentinalı superulduz üçün əlamətdar olub.


Görüşün 53-cü dəqiqəsində, komandası 1:0 hesabı ilə öndə olarkən fərqlənən 31 yaşlı futbolçu İspaniya çempionatında 400-cü qolunu vurub. Yubiley qoluna 435-ci oyununda imza atan Messi bu göstəriciyə çatan ilk futbolçu kimi tarixə düşüb.


Qeyd edək ki, ikinci sırada ötən mövümün sonunda "Real"ı "Yuventus"a dəyişən Kriştiano Ronaldo qərarlaşıb. Portuqaliyalı forvard La Liqada keçirdiyi 292 qarşılaşmada 311 dəfə fərqlənib. İlk "3-lüy"ü isə "Atletik"in sabiq hücumçusu Telmo Sarra tamamlayır. O, 277 matçda 251 qol vurub.

 

 

Messinin 400-cü qolu - La Liqada

 

 

 

 

qol.az

XƏBƏR LENTİ