"Neftçi"nin də Antalya hazırlığı başladı

Sayta qoyulub: 20:27 13.01.2019 (63 dəfə oxunub)

"Neftçi"nin də Antalya hazırlığı başladı

 

“Neftçi” qış təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Bu gün səhər saatlarında Türkiyəyə çatan komanda artıq Antalya şəhərindəki Manavqat bölgəsində ilk məşqinə çıxıb. 

Hazırlıq prosesində fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, "The Sense De Luxe” otelində məskunlaşan komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Neftçi” ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

XƏBƏR LENTİ