"Qəbələ" Antalyada ilk məşqinə çıxdı

Sayta qoyulub: 20:20 13.01.2019 (55 dəfə oxunub)

"Qəbələ" Antalyada ilk məşqinə çıxdı

Bu gün səhər saatlarında Türkiyənin Antalya şəhərinə yollanan "Qəbələ" sözügedən şəhərdə ilk məşqinə çıxıb. Klubun rəsmi "Feysbuk" səhifəsinin yaydığı xəbərə görə, günün ikinci yarısında fitnes salonda baş tutan məşq prosesi zamanı futbolçuları müxtəlif fiziki çalışmalar yerinə yetiriblər.

 

Qeyd edək ki, "Qəbələ"nin Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. “Qırmızı-qaralar” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu “Meppen”lə üz-üzə gələcək. Rusiya təmsilçiləri ilə 2 matç keçirəcək komandanın rəqibləri ayın 20-də “Yenisey, 4 gün sonra isə “Fakel” olacaq. Yanvarın 26-da olacaq son sınaq matçında “Qəbələ” Macarıstan təmsilçisi MTK ilə görüşəcək.

XƏBƏR LENTİ