Aleksandr Səmədovun yeni klubu bəlli oldu

Sayta qoyulub: 18:58 13.01.2019 (101 dəfə oxunub)

Aleksandr Səmədovun yeni klubu bəlli oldu

Bir neçə gün öncə Moskva "Spartak"ından ayrılan Aleksandr Səmədovun "Krılya Sovetov"a keçidi gerçəkləşib. Samara təmsilçisinin rəsmi saytının yaydığı xəbərə görə, Azərbaycan əsilli yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb. Ancaq klub hələlik sözləşmənin müddətini və digər detallarını açıqlamayıb. 34 yaşlı futbolçu yeni komandasında 19 nömrəli formanı geyinəcək. Qeyd edək ki, milli komandamızın hücumçusu Ramil Şeydayev də "Krılya Sovetov"da çıxış edir.

XƏBƏR LENTİ