"Qəbələ"nin baş məşqçisi idi, reqbiyə keçdi

Sayta qoyulub: 07:19 13.12.2018 (97 dəfə oxunub)

"Qəbələ"nin baş məşqçisi idi, reqbiyə keçdi

"Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams gələn ildən İngiltərə reqbi liqasının prezidenti olacaq. Britaniya mətbuatına yaydığı xəbərə görə, o, yayda bu vəzifədə Endi Bernemi əvəzləyəcək. T.Adams təyinatı ilə bağlı deyib:"Bu təyinat mənim üçün böyük şərəfdir. Mən oyunçuların və liqanın bütün əməkdaşlarının daha da inkişafı üçün işimə ehtirasla yanaşacam. Məmnuniyyətlə İngiltərədə reqbini liderlik edən idman növlərindən biri etməyə çalışacağam". Qeyd edək ki, 2010-2011-ci illərdə “Qəbələ”ni çalışdıran Adams futbolçu karyerası ərzində 19 il "Arsenal"ın əsas komandasında çıxış edib.

XƏBƏR LENTİ