"Neftçi" xal itirdi, "Qarabağ"dan darmadağın

Sayta qoyulub: 19:43 09.12.2018 (110 dəfə oxunub)

Bu gün Topaz Premyer Liqasında ikinci dövrəyə yekun vurulub. İlin son turununun bütün görüşləri eyni gündə keçirilib. Günün ilk matçında çempionatın debütantı "Sabah" autsayder "Keşlə"ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Son çempion "Qarabağ" heç vaxt məğlub olmadığı "Zirə"nin qonağı olub və 6:0 hesablı qələbə qazanıb. "Qəbələ" səfərdə "Səbail"lə "sülh" bağlayıb - 0:0. Lider "Neftçi" isə "Sumqayıt"ı qəbul edib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Topaz Premyer Liqasında iki aylıq qış fasiləsi elan edilib.

 

9 dekabr (bazar)

 

16:00 “Sabah” – “Keşlə” - 1:2
Qollar:
 Elşən Abdullayev, 80 - Sertan Taşkın, 34, Denis Silva, 65
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Məstanov
“Əlincə Arena”

 

17:00 “Zirə” – “Qarabağ” 0:6
Qollar
: Dani Kintana, 29, 34, 56, Mahir Mədətov, 42, Miçel, 82, Adrian Skarlatake, 90+1 (avtoqol)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
“Dalğa Arena”

 

17:30 “Səbail” – “Qəbələ” - 0:0
Hakimlər
: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bayıl Arena”

 

19:30 “Neftçi” – “Sumqayıt” - 0:0
Hakimlər
: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”.

XƏBƏR LENTİ