Mixael Sork:"Sanço gələn il Dortmundda qalacaq"

Sayta qoyulub: 09:22 09.12.2018 (100 dəfə oxunub)

Dortmund Borussiyasnın idman direktoru Mixael Sork 18 yaşlı yarımmüdafiəçi Ceydon Sanço ilə vidalaşmayacaqlarnı bildirib.

 

«Sanço gələn mövsümü də bizdə olacaq. Hələlik , çox gəncdir və getməsi üçün heç bir əsas yoxdur.

 

Hansı klubun ona İngiltərə millisinə düşməyə kömək etməsini Ceydon çox yaxşı bilir. O, dəfələrlə burada özünü yaxşı hiss etdiyini vurğulayıb», – deyə Sork qeyd edib.

 

Xatırladaq ki, futbolçu ilə Barselona, Liverpul və Mançester Siti maraqlanır. Onun Borussiya ilə 2022-ci ilə qədər sözləşməsi var.

XƏBƏR LENTİ