Hakimlər Antalyada yox, Mingəçevirdə toplanış keçəcək

Sayta qoyulub: 16:17 08.12.2018 (57 dəfə oxunub)

Hakimlər Antalyada yox, Mingəçevirdə toplanış keçəcək

Topaz Premyer Liqasının hakimlərinin qış təlim-məşq toplanışını keçirəcəyi məkan müəyyənləşib. Bu barədə AFFA-nın Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik bildirib. AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlama verən avstriyalı deyib ki, qış hazırlığı ölkə daxilində gerçəkləşəcək. Hakimlərimiz mövsümün ikinci yarısına Mingəçevirdə hazırlaşacaq. Qeyd edək ki, ədalət təmsilçiləri son illər adətən ölkə xaricində təlim-məşq toplanışı keçirirdi.

XƏBƏR LENTİ