Lukaku Mourinyoya görə MY-nı tərk etmək istəyir

Sayta qoyulub: 11:06 08.12.2018 (127 dəfə oxunub)

Romelu Lukaku Mançester Yunaytedi tərk etmək istəyir. Bunu ESPN bildirib. 


İnformasiyaya görə 25 yaşlı futbolçu komandadan Mourinyo ilə konflikt və ona qarşı olan təzyiqlərin artması səbəbilə getmək istəyir.Lukaku əsas heyətə az-az düşməsindən narahatdır və ona oyun praktikasını təmin edən klub axtarışındadır.


Lukaku 2017-ci ildə MY-ya gəlib. Bu mövsüm o 14 oyunda 5 qol vurub. Mançester Yunaytedə qədər isə forvard Çelsi və Vest Bromviçin şərəfini qoruyub.

XƏBƏR LENTİ