"Neftçi"dən növbəti transfer - rəsmi

Sayta qoyulub: 09:32 08.12.2018 (180 dəfə oxunub)

 

"Neftçi"dən növbəti transfer - rəsmi

"Neftçi” qısa zaman kəsiyində daha bir transferi həyata keçirib. Seneqallı futbolçu Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanıb. 25 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 3 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Jalgiris” (Litva, 2016-2018) olan Mbodj "Dakar Sakre Kour” (Seneqal, 2011-2014), "Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. "Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Superkubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, "Neftçi" bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3 illik müqavilə imzalayıb.

XƏBƏR LENTİ