Reynaldo Azərbaycana qayıda bilər

Sayta qoyulub: 13:03 07.12.2018 (224 dəfə oxunub)

 

Reynaldo Azərbaycana qayıda bilər

"Qarabağ"da çıxış etdiyi dönəmdə azarkeşlərin qəlbində taxt quran Reynaldo Silva yenidən Azərbaycana qayıda bilər.

Braziliyalı hücumçunun Qazaxıstanın "Aktobe" klubu ilə müqaviləsi başa çatıb. 29 yaşlı futbolçu maliyyə problemləri ilə tez-tez üzləşən "Aktobe" ilə sazişi uzatmaq istəmir. Reynaldo karyerasını yenidən ölkəmizdə davam etdirmək fikrindədir. Onun qış fasiləsində Premyer Liqa klublarımızdan birinə keçəcəyi gözlənilir. O, daha öncə açıqlamasında "Qarabağ"a qayıtmaq istədiyini dilə gətirmişdi. Qeyd edəki, Reynaldo 2013/17-ci illərdə "Qarabağ"da çıxış edib.

XƏBƏR LENTİ