İskonun alıcıları siyahısına daha bir Avropa nəhəngi qoşuldu

Sayta qoyulub: 10:39 07.12.2018 (172 dəfə oxunub)

İskonu heyətinə qatmaq istəyən klubların sayı artmaqdadır.


Tuttosport-un məlumatına görə potensial alıcı siyahısına Bavariya da  qoşulub. Münxenlilər İskonu Robben, Riberi və Xamesin gedişindən sonra vacib transfer kimi görürlər.


Bir müddət əvvəl Yuventusun da İskonu heyətinə qatmaq istədiyi deyilirdi. Hətta turinlilər artıq yanvar ayında təklif göndərməyi planlaşdırılar. Lakin KİV-in verdiyi məlumata görə İskonun özü Mançester Sitinin təklifini qəbul etmək fikrindədir.


Xatırladaq ki, 26 yaşlı futbolçu ilə Santyaqo Solari arasında konflikt yaşanıb. Baş məşqçi İskonun formadan uzaq olduğunu bildirib. Futbolçu isə buna qarşılıq oyunlardan birində əvəz olunarkən baş məşqçinin əlini sıxmayıb.

XƏBƏR LENTİ