Milan rəhbərliyi İbranın agenti ilə 4 saatlıq söhbət etdi

Sayta qoyulub: 11:38 20.11.2018 (104 dəfə oxunub)

Milan rəhbərliyi Los Anceles Qelaksinin forvardı Zlatan İbrahimoviçin agenti ilə görüşüb.

 

MilanNews-in məlumatına görə Mino Rayola ilə 4 saatlıq danışıq olub.

 

Tərəflər isveçli forvardın San-Siroya dönüşünü müzakirə ediblər.

 

Bir müddət əvvəl yayılan xəbərə görə 37 yaşlı futbolçu Milana keçməyə əsas heyətin üzvü olmaq şərtilə razılıq verib.

 

Böyük ehtimalla görüş zamanı Milan rəhbərliyi Mino Rayola ilə digər futbolçular barədə də söhbət edib.

XƏBƏR LENTİ