"Barselona" Dembeleyə son xəbərdarlığını etdi

Sayta qoyulub: 08:25 20.11.2018 (152 dəfə oxunub)

"Barselona" son vaxtlar intizamsız hərəkətləri ilə gündəmə gələn Usman Dembeleyə sonuncu xəbərdarlığını edib.


Fransız futbolçunun meneceri ilə iclas keçirən klub rəhbərliyi onun qarşısına şərt qoyub. Əgər gənc futbolçu klubun daxili nizam-intizam kodekslərinə əməl etməsə, əsas komandadan kənarlaşdırılacaq.


Hətta Dembelenin mövsümün sonunda satılması da gündəmdədir. Kataloniyalılar 21 yaşlı yarımmüdafiəçiyə 100 milyon avro qiymət qoymaq niyyətindədir.


Qeyd edək ki, Dembelenin son vaxtlar komandanın məşq və toplanışlarına gecikdiyi bildirilir.

 

"Barselona" Dembeleyə son xəbərdarlığını etdi

 

 

 

 

 

qol.az

XƏBƏR LENTİ