Millimiz Farer adalarını məğlub etdi

Sayta qoyulub: 21:09 17.11.2018 (127 dəfə oxunub)

Millimiz Farer adalarını məğlub etdi

Bu gün Millətlər Liqasında V turun son oyunları keçirilib. D Liqasının III qrupunda mübarizə aparan Azərbaycan millisi Farer adalarını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma millimizin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Yığmamızın 1-ci yer uğrunda mübarizədəki əsas rəqibi Kosovo isə səfərdə Maltanı darmadağın edib - 5:0. Millimiz qrupun son matçında Kosovonun qonağı olacaq.

 

Millətlər Liqası

V tur, 17 noyabr

D Liqası, III qrup

 

21:00. Azərbaycan – Farer adaları - 2:0

Qollar: Dmitri Nazarov, 18, Mahir Mədətov, 28

Baş hakim: Dmitris Masias

Yan xətt hakimləri: Marios Kalogirou, Yannis Lazarou

Əlavə hakimlər: Vasilis Dimitriou, Lukas Sotiriou

Dördüncü hakim: Omiros Tziortzis (hamısı Kipr)

Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)

UEFA nümayəndəsi: Yaroslav Dudl (Çexiya) 

Bakı Olimpiya Stadionu.

 

1. Kosovo 5 3 2 0 11-2 11

2. Azərbaycan 5 2 3 0 7-2 9

3. Farer adaları 5 1 1 3 4-9 4

4. Malta 5 0 2 3 4-13 2

XƏBƏR LENTİ