Türkiyədə futboldan milyonlar qazanırlar – İDMAN BİZNESİ

Sayta qoyulub: 14:56 16.11.2018 (253 dəfə oxunub)

Türkiyənin futbol üzrə milli çempionatı- Süper Lig kublara və ölkə iqtisadiyyatına milyonlar qazandırır.

 

Passolig-in baş direktoru Ceyhun Kazancı bildirib ki, 2017-2018-ci illər mövsümündə Super Lig 3,2 milyard lirə və ya 515 milyon avro gəlir götürüb.

 

 

Qeyd edək ki, əvvəlki mösümlə müqayisədə Super Lig-in gəlirləri kəskin  - 43% artıb. Belə ki, 2016-2017-ci illər mövsümündə liqa 2,3 milyard lirə gəlir götürmüşdü.

 

2017-2-18-ci illər mövsümündə hər oyuna gəən tamaşaçıların orta sayı 12 821-ə yüksəlib. Əvvəlki mövsümdə bu rəqəm 8 940 idi.

Ən çox tamaşası «Qalatasaray»ın oyunlarına gəlib – orta hesabla 40 min nəfər.

 

Çempionatın ən populyar klubları sayılan böyk dördlüyün  - «Fənərbağça», «Qalatasaray», «Beşiktaş» və «Trabzonspor»un oyunlarına gələnlərin sayı ortalama 47,5%, digər komandaların oyunlarında isə tamaşaçılar 39% artıb.

 

Türkiyə çempionatının hər oyun günü təqribən 400 milyon lirə gəlir gətirib. Bunun 316 milyon lirəsini böyük dördlüyün, 80 milyon lirəni isə qalan 15 komandanın oyunları gətirib.

 

2017-2018-ci illər mövsümündə çempionatın abunəçilik kartı sayılan «Passolig kart» sahiblərinin sayı 3,9 milyona, bu günlərdə isə 4,2 milyona yüksəlib. Bütün azarkeşlərin 10%-i qadınlardır. Böyük dörd-lük klublarının oyunlarına biletlərin orta qiyməti 109,5 lirə təşkil edib. Ə bahalı qiymət «Qalatasaray»ın oyunlarına satılır – ortalama 162 lirə.

 

Ötən mövsümdə Türk klubları çempionatın yayımından 2,5 milyard lirə gəlir əldə ediblər. Əvvəlki mövsümdə yayım gəlirlərinə görə lider «Fənərbağça» olsa da, 2017-2018 mövsümündə «Qalatasaray» birinci olub. Ümumiyyətlə «Qalatasaray» əvvəlki mövsümdə yayım hüququndan 100 milyon lirə, ötən mövsümdə isə 170 milyon lirə yayım gəliri qazanıb.

 

«Fənərbağça» ötən ticarət gəlirlərdə də birinciliyi əldən verib. 2016-2017-ci illər mövsümündə «Fənərbağça» 208 milyon lirə ticari gəlir əldə etdiyi halda, sonuncu mövsümdə «Beşiktaş» 279 milyon lirəlik gəlirlə önə keçib. Super Lig-in toplan ticari gəliri isə 1 milyard lirəni keçib.

 

Ümumilikdə ötən çempionatda ən çox gəliri «Beşiktaş» qazanıb – 730 milyon lirə. «Qalatasaray»ın gəlirlər 517 milyon lirə, «Fənərbağça»nın gəlirləri 500 milyon lirəyə yaxın olub.


Başa çatan mövsümdə Türkiyə çempionatına 188 şirkət 250-dən artıq sponsorluq edib.

 

Türkiyə çempionatının oyunlarını stadionlarda 6,4 milyon nəfər izləyib. Avropa Kuboklarında isə 15 oyuna 350 min azarkeş gəlib.


Ən maraqlı göstəricilərdən biri: Ötən mövsümdə Türkiyə çempionatına satılan 1Ö7 milyon biletin 1,2 milyonu Passo.com.tr saytından və ya Passo Mobil tətbiqi ilə satılıb

 

Bileti olduğu halda oyuna gəlməyənlərin sayı ötənilki 33%-dən, bu il 25%-ə enib.


Ən yaxşı göstərici Göztepedə qeydə alınıb. Burada oyundakı boş yerlərin sayı 7%-ə enib. Çempionat üzrə ümumi göstərici isə 25,3%-dir.

 

Qeyd edək ki, ötən mövsümdə Avropanın futbol çempionatları arasında ən böyük gəliri İngiltərə premyer liqası gətirib – 5,5 milyard avro. İkinci yeri 3,3 milyard avro ilə Almaniya bundesliqası, 3-cü yeri isə 3 milyard avro ilə İspaniya La Liqası tutub. Türkyədə isə bu məbləğ deyildiyi kimi, 515 milyon avrodur.

 

 

Türkiyədə futboldan milyonlar qazanırlar – İDMAN BİZNESİ

 

 

FED.az 

XƏBƏR LENTİ