UEFA Millətlər Liqasında V turun növbəti oyunları keçiriləcək

Sayta qoyulub: 07:51 16.11.2018 (77 dəfə oxunub)

 Bu gün UEFA Millətlər Liqasında V turun növbəti matçları keçiriləcək.

Turun ikinci oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunacaq. A Liqasında Hollandiya Fransaya qalib gələ bilməsə, 1-ci qrupda liderlik şanslarını itirəcək.

B Liqasında baş məşqçi dəyişikliyinə məruz qalan Slovakiya artıq 1-ci qrupun liderliyini təmin etmiş Ukrayna ilə görüşdə ilk xal uğrunda mübarizə aparacaq.

C Liqasında 3-cü qrupa başçılıq edən hər iki komanda səfərdə çıxış edəcək. "Qarabağ"ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan yığması Kiprin, Norveç isə Sloveniyanın qonağı olacaq.

Nəhayət D Liqasında Makedoniyaya 4-cü qrupun qalibi olması üçün Lixtenşteyni məğlub etməsi lazımdır. Bu istək Cəbəllütariqin Yerevanda məğlub etdiyi Ermənistanla görüşdə xal itirəcəyi təqdirdə də gerçəkləşə bilər.

UEFA Millətlər Liqası, V tur

16 noyabr

A Liqası

1-ci qrup

Hollandiya - Fransa

Xal durumu: Fransa - 7 xal (3 oyuna), Hollandiya - 3 (2), Almaniya - 1 (3)

B Liqası

1-ci qrup

Slovakiya - Ukrayna

Xal durumu: Ukrayna - 9 xal (3 oyuna), Çexiya - 3 (3), Slovakiya - 0 (2)

4-cü qrup

Uels - Danimarka

Xal durumu: Uels - 6 xal (3 oyuna), Danimarka - 4 (2), İrlandiya - 1 (3)

C Liqası

3-cü qrup

Kipr - Bolqarıstan

Sloveniya - Norveç

Xal durumu: Norveç - 9 xal (4 oyuna), Bolqarıstan - 9 (4), Kipr - 4 (4), Sloveniya - 1 (4)

D Liqası

4-cü qrup

Cəbəllütariq - Ermənistan

Lixtenşteyn - Makedoniya

Xal durumu: Makedoniya - 9 xal (4 oyuna), Cəbəllütariq - 6 (4), Ermənistan - 6 (4), Lixtenşteyn - 3 (4).

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

 

 

 

 

 

 

 

 

 

 

report

XƏBƏR LENTİ