Simeone "Atletiko" ilə müqavilə yeniləyir

Sayta qoyulub: 12:50 15.11.2018 (96 dəfə oxunub)

Dieqo Simeone daha bir neçə il "Atletiko"nun sükanı arxasında olacaq.


Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis Madrid təmsilçisi ilə müqavilə yeniləyir. Artıq tərəflərin bununla bağlı razılığa gəldiyi bildirilib. Anlaşmanın müddəti açıqlanmasa da, Simeonenin bundan sonra klubda ən çox qazanan şəxs olacağı vurğulanıb.


Qeyd edək ki, Simeonenin hazırkı müqaviləsinin müddəti 2020-ci ilin yayına qədərdir.

 

Simeone "Atletiko" ilə müqavilə yeniləyir

 

 

 

qol.az

XƏBƏR LENTİ