Tanınmış mütəxəssis Meksika millisinə baş məşqçi təyin edildi

Sayta qoyulub: 08:24 15.11.2018 (155 dəfə oxunub)

Atlanta Yunayted klubunun baş məşqçisi Xerardo Martino Meksika Futbol Federasiyası ilə 4 illik müqaviləni razılaşdırıb. Buna əsasən onun ümumi qazancı 8,8 milyon dollar olacaq.

 

55 yaşlı mütəxəssis millini MLC-də mövsüm başa çatdıqdan sonra çalışdırmağa başlayacaq.Xatırladaq ki, o bu il liqanın ən yaxşı məşqçisi seçilib.

 

Argentinalı mütəxəssis Barselona, Argentina və Paraqvay millisindəki işi ilə tanınıb.

 

Tanınmış mütəxəssis Meksika millisinə baş məşqçi təyin edildi

XƏBƏR LENTİ