PSG Barselonanın 12 yaşlı futbolçusunu ələ keçirdiyinə görə cəzalandırıla bilər

Sayta qoyulub: 08:24 13.11.2018 (265 dəfə oxunub)

FİFA PSG-yə transfer qadağası qoya bilər.

 

2015-ci ildə parislilər Barselonanın 12 yaşlı futbolçusu Kays Ruisi öz tərəflərinə keçiriblər.

 

PSG futbolçunun atasını saxta işə götürərək onu skaut kimi qeydiyyatdan keçirib. Razılığa görə 400 min avro pul da ödənilib.

 

FİFA-nın qaydalarına görə yetkinlik yaşına çatmamış futbolçularla müqavilə yalnız ailə şəraitinə görə bağlanıla bilər. PSG isə uşağın atasına saxta iş verməklə bu qanunu pozub.

 

Hazırda 16 yaşı olan fransız-mərakeş əsilli Rusi ilk peşəkar müqaviləsini bağlayıb və 2021-ci ilə qədər Paris klubuna məxsusdur.

 

FİFA-nın araşdırması qanun pozuntusunu aşkar edərsə PSG də Barselona, Atletiko və Real kimi transfer qadağasına məruz qala bilər.

 

Maraqlıdır ki, Barselonaya vaxtilə məhz Kays Ruisə görə transfer qadağası qoyulmuşdu.

XƏBƏR LENTİ