Kilian Mbappe:"Hamı necə, mən də elə"

Sayta qoyulub: 08:16 13.11.2018 (149 dəfə oxunub)

PSG-nin forvardı Kilian Mbappe Football Leaks-də onun haqqında yazılan məqaləyə münasibət bildirib. Xatırladaq ki, bir neçə gün əvvəl yayılan xəbərə görə Mbappe kluba 5 ilə 55 milyon , şəxsi təyyarə və digər tələblər irəli sürmüşdü.

 

«Belə böyük məbləğ həqiqətən də məni utandırır. Çünki, sadə bir ailədən çıxmışam.Ancaq neyləmək olar, bu bazarın qanunlarıdır.

 

Futbolda inqilab etmək fikrində deyiləm. Hamı necə , mən də elə», – deyə Mbappe qeyd edib.

XƏBƏR LENTİ