Spartaka yeni baş məşqçi təyin edildi

Sayta qoyulub: 13:24 12.11.2018 (129 dəfə oxunub)

Moskvanın Spartak klubu yeni baş məşqçi təyin edib.

 

Komandanı bundan sonra Oleq Kononov çalışdıracaq. Müqavilə 2019/20 mövsümünün sonuna qədər nəzərdə tutulub.

 

Xatırladaq ki, 3 həftə əvvəl Spartak italyan məşqçi Karreranı istefaya göndərmiş , onu isə bu müddət ərzində Raul Rianço əvəz etmişdi.

 

Kononov bu vaxta qədər Ukrayna çempionatında və Rusiyada Krasnodar, Axmat və Arsenal komandalarının baş məşqçisi olub.

XƏBƏR LENTİ