"Sumqayıt" Nazim Süleymanovu istefaya göndərdi

Sayta qoyulub: 12:53 12.11.2018 (140 dəfə oxunub)

"Sumqayıt" Nazim Süleymanovu istefaya göndərdi

 

"Sumqayıt" baş məşqçisi Nazim Süleymanovla yolları ayırıb. Təcrübəli mütəxəssis səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. Adıçəkilən mütəxəssisin ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilmiş, onunla bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq verilmişdir. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim etmişdir. Qeyd edək ki, 53 yaşlı çalışdırıcı yayda klubun "sükanı araxsı"na keçmişdi.

XƏBƏR LENTİ