Mata Arsenala keçir

Sayta qoyulub: 10:29 12.11.2018 (172 dəfə oxunub)

Mançester Yunaytedin yarımmüdafiəçisi Xuan Mata mövsümün sonunda komandasını tərk edəcək. Bu barədə talkSport məlumat verib.

 

Yayda 30 yaşlı futbolçunun MY ilə müqaviləsi bitir. Tərəflər hələlik yeni müqavilə ilə bağlı razılıq haqda düşünmürlər.Məlumata görə Mata artıq özünə yeni komanda tapıb, bu, Arsenal olacaq.

 

2014-cü ildən Mançester Yunayteddə çıxı edən Mata Arsenalın hazırkı baş məşqçisi Unai Emeri ilə Valensiyadan yaxşı tanışdır.

 

Bu mövsüm xavbek 9 oyunda 1 qol vurub və 1 də məhsuldar ötürmə edib.

XƏBƏR LENTİ