Almeyda son turda 10 dəqiqə oynadı

Sayta qoyulub: 09:50 12.11.2018 (77 dəfə oxunub)

Almeyda son turda 10 dəqiqə oynadı

 

Qazaxıstan Premyer Liqasında mövsümün son - 33-cü turunun oyunları keçirilib. Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi “Astana” sonuncu turda evdə “İrtış”a 4:0 hesabı ilə qalib gəlib. Almeyda 80-ci dəqiqədə - hesab 4:0 olarkən meydana daxil olub. Qazaxıstan çempionatında mövsümü 77 xalla başa vuran “Astana” 31-ci turda çempionluğunu təmin edib. "Kayrat" 2-ci, "Tobol" 3-cü olub.

XƏBƏR LENTİ