Qurban Qurbanov: "Yorğunluq olsa da, xarakter var"

Sayta qoyulub: 20:48 11.11.2018 (118 dəfə oxunub)

Qurban Qurbanov: "Yorğunluq olsa da, xarakter var"

Topaz Premyer Liqasının XI turunda "Qarabağ" səfərdə "Qəbələ"ni 3-1 hesabı ilə məğlub edib. Oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında fikirlərini bölüşüb. 46 yaşlı mütəxəssis öncə oyunu şərh edib:

- Qələbə münasibətiylə futbolçularımı təbrik edirəm. Çətin oyun oldu. Yorğunluqluq yox, Avropa Liqasındakı qələbədən sonra futbolçuların necə çıxış edəcəyi mənə vacib idi. Qələbə üçün əziyyət çəkdik. Qəbələdə yaxşı qarşılandıq. Hər kəsə minnətdarıq. Öz azarkeşlərimizi də təbrik edirəm. Qarşıda istirahət olacaq, amma milli üzvləri üçün bu, şamil edilmir.

 

- Komanda ilk hissədə yorğun görünsə də, ikinci hissədə tam fərqli "Qarabağ" gördük.

- Səfər qarşılaşmaları ağır olur. İlk hissədə yorğun olduğumuzu deməzdim. Qol vurulana kimi topa nəzarət edirdik. Bəlkə də buraxılan qol bizim üçün xeyirli oldu. Futbolçular özlərini ikinci hissəyə yaxşı hazırladı. Yorğunluq olsa da, xarakter bunu sığortalayır.

 

- Vaqner Silva üçün əsas heyət əldən gedib?

- Xeyr, növbəti oyunlarda o da şans qazanacaq. Hər üç qapıçıya eyni gözlə baxıram. Fərqli fikirlər ola bilər, amma Halldorsson şansdan yaxşı yararlandı. Şahrudinə və Vaqnerə də güvəndiyimiz oyunlar olub. Bir səhv bizim üçün həlledici olmur. Hər bir futbolçuya şans veririk. Ən az şansı qapıçılar alır.

 

- Son illərdə "Qəbələ"ni belə asan şəkildə məğlub etdiyini xatırlayırsınız?

- Asan qələbə olmadı. Sadəcə, 3 qol vurmuşuq və buna görə də rahat görünə bilər. İlk hissədə necə əziyyət çəkdiyimizi gördünüz. Kənarda fərqli görünür. Bəzən 5-6 real qol şansından istifadə edə bilmirsən.

 

- Son turda millinin üzvlərini izləyə bildiniz?

- Bütün futbolçuları izləyirik. Razı qaldığım nüanslar çoxdur. Hamısna güvəndiyimi demişəm. Toplanışda hamısını yaxından görəcəm. Qarşıda bizi vacib oyunlar gözləyirFutbolçular böyük məsuliyyətə hazırdırlar.

XƏBƏR LENTİ