"Atletiko"nun kapitanı zədələndi

Sayta qoyulub: 12:01 11.11.2018 (96 dəfə oxunub)

"Atletiko"nun kapitanı zədələndi

“Atletiko”nun futbolçusu Dieqo Qodin sıradan çıxıb. Komandanın kapitanı La Liqanın 12-ci turunda “Atletik”lə keçirilən matçda zədələnib. Klubun rəsmi saytı sol ayağından zədələnən Qodinin 2 gün ərzində tibbi müayinədən keçəcəyini açıqlayıb. Onun yaşıl meydanlardan nə qədər uzaq qalacağı müayinədən sonra bəlli olacaq. Qeyd edək ki, 32 yaşlı uruqvaylı müdafiəçi bu mövsüm “Atletiko”nun heyətində 15 oyun keçirib və 2 qol vurub.

XƏBƏR LENTİ