Karateçimiz dünya çempionu oldu

Sayta qoyulub: 15:55 10.11.2018 (101 dəfə oxunub)

Karateçimiz dünya çempionu oldu

 

İspaniyanın Madrid şəhərində keçirilən 2018-ci il Dünya Çempionatında Azərbaycan karateçiləri ilk medallarını qazanıblar. “Qafqazinfo” xəbər verir ki, 5 qat dünya çempionu, 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev bürünc medal uğrunda döyüşdə özbəkistanlı Dastonbek Otobolaevlə qarşılaşıb.

33 yaşlı idmançımız rəqibini məğlub edərək bürünc medal qazanıb. Bu, Rafael Ağayevin karyerası ərzində ilk dünya üçüncülüyüdür.

XƏBƏR LENTİ