"Sumqayıt" "Keşlə" ilə oyuna itki ilə çıxacaq

Sayta qoyulub: 10:45 10.11.2018 (60 dəfə oxunub)

"Sumqayıt" "Keşlə" ilə oyuna itki ilə çıxacaq
 

“Sumqayıt” klubunun təcrübəli oyunçusu Elvin Məmmədovun yaşıl meydançalara dönməsi yubanır. Zədələndiyi ilk günlərdə 10 günlük sıradan çıxdığı deyilən Məmmədov bunun üzərindən 40 gün keçsə də özünə gələ bilmir. Hazırda bərpa prosesi keçən Məmmədovun “Keşlə”yə qarşı oyunda da meydançaya çıxmayacağı dəqiqdir. Qeyd edək ki, Məmmədov “Qəbələ”dən ayrıldıqdan sonra “Sumqayıt”a gətirildi. 

XƏBƏR LENTİ