Solarinin taleyi Selta ilə oyunda həll ediləcək

Sayta qoyulub: 09:31 10.11.2018 (85 dəfə oxunub)

Real baş məşqçi Santyaqo Solari ilə bağlı qərarını verib.

 

Hazırda müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən argentinalı mövsümün sonuna qədər bu postda qala bilər.

 

Bunun qarşısını yalnız Selta ilə oyun ala bilər. Bazar günü keçiriləcək görüşdə komandanın bərbad oyunu onun işindən uzaqlaşdırılması ilə nəticələnəcək. Əks halda Solari işini davam etdirəcək.

 

Solarinin rəhbərliyi altında Real 3 oyunda ümumi hesabı 11:0 olan 3 qələbə – Melilya (4:0), Valyadolid (2:0) və Viktoriya Plzenlə (5:0) qazanıb .

 

Xatırladaq ki, Realın tarixində ondan yaxşı start 1928-ci ildə 3 oyunda ümumi hesabı 15:0 olan qələbəylə Xose Berraondoya məxsusdur.

XƏBƏR LENTİ