Birinci divizion: Liderdən növbəti qələbə

Sayta qoyulub: 18:59 08.11.2018 (70 dəfə oxunub)

Birinci divizion: Liderdən növbəti qələbə
 

Azərbaycan çempionatının I divizionunda X tura start verilib. Yarışın lideri MOİK növbəti qələbəsini qazanıb. “Hərbçilər” “Keşlə-2” ilə qarşılaşmada hesabda geri düşsə də, əzmkar qələbəyə sevinib. Turun ilk oyun gününün digər iki matçında heç-heçə qeydə alınıb.

I divizion

X tur

8 noyabr

“Keşlə-2” – MOİK – 2:3

Qollar: Emin Quliyev, 26, Ruslan Nəsirov, 73 – Mübarək Şaquliyev, 32, Orxan Həsənov, 45+1, Ümid Şükürlü, 85

“Qaradağ Lökbatan” – “Səbail-2” – 0:0

“Kəpəz” - “Şüvəlan” – 1:1

Qollar: Elçin Rəhimov, 40 – Murad Hüseynov, 17

XƏBƏR LENTİ