Çempionlar Liqasında günün nəticələri

Sayta qoyulub: 08:30 08.11.2018 (92 dəfə oxunub)

Çempionlar Liqasında günün nəticələri

Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub. İkinci oyun günündə də 8 qarşılaşma baş tutub.

 Günün maraqla gözlənilən matçı İtaliyada olub. "Yuventus" "Mançester Yunayted"lə üz-üzə gəlib. Turin təmsilçisi 3-cü turda rəqibini səfərdə məğlub etmişdi - 1:0. "Yuventus" bu qarşılaşmada da qələbə qazanacağı təqdirdə, növbəti mərhələni təmin edəcəkdi. Hesabı da turinlilər açıblar. Amma "qırmızı şeytanlar" son dəqiqələrdə ardıcıl 2 qol vurmaqla əzmkar qələbə qazanmağa nail olublar.

 

Turnirin son qalibi "Real” isə səfərdə "Viktoriya" ilə qarşılaşıb. Madridlilər evdəki matçda rəqibini 2:1 hesabı ilə üstələmişdi. "Kral klubu" səfərdə daha böyük hesabla - 5 cavabsız qolla qələbə qazanıb.

 

"Mançester Siti" Donetsk "Şaxtyor"u ilə görüşdə daha inamlı qələbə qazanıb. "Şəhərlilər" 6 cavabsız qola seviniblər.  "Bavariya" da AEK səddini 2 cavabsız qolla keçib.

 

UEFA Çempionlar Liqası 

Qrup mərhələsi, IV tur

7 noyabr 

 

E Qrupu 

 

"Bavariya" (Almaniya) - AEK (Yunanıstan) - 2:0 

Qollar: Levandovski, 31 (p), 71 (p). 

 

"Benfika" (Portuqaliya) - "Ayaks" (Hollandiya) - 1:1 

Qollar: Jonas, 29 // Tadiç, 61.  

 

F Qrupu 

 

"Lion" (Fransa) - "Hoffenhaym" (Almaniya) - 2:2

Qollar: Fekir, 19, Alvaro, 28 // Kramariç, 65, Kaderabek, 90. 

 

"Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 6:0 

Qollar: Silva, 13, Xesus, 24 (p), 72 (p),  90, Sterlinq, 49, Mahrez, 84. 

 

G Qrupu 

 

ÇSKA (Moskva, Rusiya) - "Roma" (İtaliya) - 1:2 

Qollar: Siqurdsson, 50 // Manolas, 4, Pelleqrini, 59. 

 

"Viktoriya" (Çexiya) - "Real" (İspaniya) - 0:5

Qollar: Benzema, 21, 37, Kasemiro, 23, Beyl, 40, Kroos, 67. 

 

H Qrupu 

 

"Valensiya" (İspaniya) - "Yanq Boyz" (İsveçrə) - 3:1 

Qollar: Mina, 14, 42, Soler, 56 // Assale, 37. 

 

"Yuvenstus" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 1:2 

Qollar: Ronaldo, 65 // Mata, 86, Sandro, 90 (ö.q). 

XƏBƏR LENTİ