3 ingilis klubu Cengizi transfer etmək istəyir

Sayta qoyulub: 15:12 07.11.2018 (226 dəfə oxunub)

Romanın yarımmüdafiəçisi Cengiz Ünder böyük ehtimalla yayda komandasını tərk edəcək.

 

Türkiyəli xavbeki İngiltərədən bir neçə komanda istəyir. Onlar arasında Mançester Siti, Arsenal və Tottenhem var.

 

Transferin dəyəri 40-50 milyon avro göstərilir.

 

Almaniya və İspaniyadan təklif olmasına baxmayaraq, Cengiz İPL-ə üstünlük verir. Xatırladaq ki, bu yaxınlarda Bavariya onun üçün 50 milyon avro təklif etmişdi.

 

Digər bir varianta görə xavbek Roma ilə müqaviləsini artıra bilər. Qeyd edək ki, daha 4 il müqaviləsi olan futbolçunun məvacibi cəmi 1 milyondur.

XƏBƏR LENTİ